waplog

BMT kibertəhlükəsizlik üzrə işçi qrupu yaradacaq


BMT Baş Assambleyası kibercinayətkarlığa qarşı mübarizə üzrə işçi qrupunun yaradılması ilə bağlı Rusiya tərəfindən irəli sürülən qətnaməni qəbul edib. Sənədin lehinə 119, əleyhinə 46 ölkə səs verib, 14-ü isə bitərəf qalıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, qətnaməyə görə, 2019-cu ildən etibarən dövlətlərin internetdə məsuliyyətli davranışının norma, qayda və prinsiplərinin hazırlanmasının gələcəkdə prioritet kimi davam etdirilməsi məqsədilə konsensus əsasında fəaliyyət göstərən açıq tərkibli işçi qrupu yaradılır.

Məlumata görə, işçi qrupu ilk növbədə dövlətlərin məsuliyyətli davranışının normaları, beynəlxalq hüququn informasiya məkanında tətbiqi və inkişaf etməkdə olan ölkələrə kibertəhlükəsizliyin təmin edilməsində köməyin göstərilməsi ilə məşğul olacaq.  

İşçi qrupunun ilk təşkilati iclasının 2019-cu ilin iyununda keçirilməsi planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL