waplog

“Google” şirkəti “Android” sistemli köhnə smartfonların dəstəklənməsini dayandıracaq


“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların yenilənməsini dayandıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, bu qurğuların sahibləri “Play Store” mağazasını və quraşdırılan əlavələri yeniləyə bilməyəcəklər. Bu isə faktiki olaraq tərtibatçının bu əməliyyat sistemli modelləri dəstəkləməkdən imtina etməsi deməkdir.

Qeyd olunur ki, “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin əsasında bütün “Android” smartfonlarının təxminən 1 faizi işləyir. Sistemdən ilk “Samsung Galaxy Nexus+” modeli buraxıldıqdan sonra 7 il istifadə olunub.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL