waplog

“Google” öz sosial şəbəkəsini planlaşdırılandan daha əvvəl bağlayacaq


“Google” şirkəti “Google+” sosial şəbəkəsinin işini planlaşdırılandan daha əvvəl dayandırmalı olacaq. Bu, 50 milyondan çox istifadəçinin məlumat itkisinə səbəb olan yeni səhvlə izah edilir.
 
"Baş vermiş nasazlıq nəticəsində təxminən 52,5 milyon istifadəçi zərər görüb. Biz bu faktı təsdiqləyirik" – sözügedən şirkətin nümayəndələri deyiblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən səhv ucbatından istifadəçilərin məlumatı bəzi proqramlara əlçatan olub.
 
Söhbət “ictimai” kimi nişanlanmamış məlumatlardan gedir. Bu məlumatlara istifadəçi profilinin əlavə məlumatları (ad, elektron poçt ünvanı, peşə, cins və yaş) aiddir.
 
Xatırladaq ki, “Google” şirkəti oktyabrda elan etmişdi ki, 2019-cu ilin avqustunda öz sosial şəbəkəsini bağlayacaq. Bu, həmin sosial şəbəkənin az populyar olması ilə izah edilir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL