waplog

“Google” bu ilin ən populyar sorğularını açıqlayıb


“Google” axtarış sistemi 2018-ci il üçün bütün dünya istifadəçiləri üzrə ən populyar sorğuların reytinqini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bu il dünya üzrə sistemdə ən çox yayda Rusiyada keçirilən futbol üzrə dünya çempionatı haqqında informasiya axtarılıb. İkinci yeri yazda vəfat edən isveçli dicey “Avicii” tutub. Üçüncü pillədə sentyabrda dünyasını dəyişən hip-hop ifaçı Mak Miller qərarlaşıb.

Liderlər beşliyinə, həmçinin noyabrda vəfat edən “Marvel” aləminin superqəhrəmanlarının yaradıcısı Sten Li və onun komikslərinin motivləri əsasında çəkilmiş “Qara pantera” filmi daxildir.

Bundan başqa, 2018-ci ilin ən populyar insanları şahzadə Harrinin həyat yoldaşı Meqan Markl, müğənni Demi Lovato və aktyor Silvestr Stallone seçilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL