waplog

Yeni “8K OLED” displeyinin piksel sıxlığı bir düym üçün min nöqtəni ötür


“Semiconductor Energy Laboratory” (SEL) şirkəti üzvi işıq diodlar (Organic Light Emitting Diode, OLED) texnologiyası əsasında hazırlanan yeni ekranların prototiplərini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ilk təqdim olunan diaqonal üzrə ölçüsü 8,3 düym təşkil edən “8K OLED” panelidir. Məlumata görə, bu, öz sinfində ən kiçik ekrandır. Təsvir ölçüsü 7680 × 4320 piksel təşkil edir.

8,2 düymlük displey yüksək – 1058 PPI (bir düym üçün nöqtələrin sayı) piksel sıxlığına malikdir. Bəyan edilən tezlik yenilənməsi 60 hersə bərabərdir.

Bundan əlavə, diaqonal üzrə ölçüsü 8,6 düym təşkil edən və elastikliyə malik kompakt “OLED” ekran nümayiş edilib. Təsvir ölçüsü 1920 × 1200 nöqtə, piksel sıxlığı 265 PPI təşkil edir.

“SEL” şirkətinin məlumatına görə, yeni 8,6 düymlük panel 10 mindən çox qatlanma və açılma dövrəsinə dözümlüdür. Bununla yanaşı, sensorlu idarəetmə dəstəyi tətbiq edilib.

Yeni “OLED” displeylərinin kütləvi istehsalına başlama müddəti barədə məlumat verilmir.

“OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL