waplog

Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sahəsində ekspert missiyası öz işinə başlayıb


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının (Aİ) dəstəyi ilə bu gün Avropanı Birləşdirmə Mexanizmləri (Connecting Europe Facility – CEF) imkanlarından istifadə edə bilmək, bu mexanizm çərçivəsində layihələrin maliyyələşdirilməsi üzrə İttifaqın təcrübəsinin öyrənilməsinə dair ekspert missiyası öz işinə başlayıb.
 
TAİEX yardım aləti çərçivəsində baş tutan ekspert missiyasının məqsədi nəqliyyat sahəsində Avropa İttifaqının əsas maliyyə aləti olan CEF-ə dair məlumatları təqdim etməkdir. Bu tədbir CEF vasitəsilə nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi metodologiyasının həyata keçirilməsinə, Aİ-nin uğurlu təcrübəsinin öyrənilməsinə şərait yaradacaq.
 
 
Xorvatiya Respublikasının Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin birinci katibi, nəqliyyat üzrə mütəxəssis Kristian Lezakın iştirakı ilə gerçəkləşdirilən ekspert missiyası iki gün davam edəcək.
 
Tədbirdə nəqliyyat sahəsində müvafiq qurumların nümayəndələri iştirak edirlər.











NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL