waplog

“Google” sisteminin fəaliyyətində nasazlıq yaranıb


Bütün dünyada populyar olan “Google” axtarış sisteminin fəaliyyətində qlobal nasazlıq yaranıb. Bir sıra ölkələrin istifadəçiləri sistemdən istifadə etmək istəyərkən ciddi problemlərlə üzləşiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “Downdetector” saytının (resurs müxtəlif internet xidmətlərindən istifadəni izləyir) məlumatına görə, “Google” sistemi yanvarın 10-da Bakı vaxtı ilə saat 03:37-ə olan vəziyyətə görə işləməyib.  

Məsələn, “Google” serverlərindən istifadə ilə bağlı problemlərlə ABŞ, Böyük Britaniya, Yaponiya, Avstraliya, Rusiya, Hindistan, Braziliya, Türkiyə, İspaniya, Peru, eləcə də bir sıra digər ölkələrin internet istifadəçiləri üzləşiblər.

Problemlərlə üzləşən əksər insanların sözlərinə görə, onlar öz “Google” hesablarına daxil ola bilməyiblər. Problemlərlə rastlaşanların təxminən 30 faizi isə “Google” axtarış sistemindən istifadə etmək imkanının olmamasından şikayətlənib.
 
“Google” serverlərində konkret olaraq hansı hadisənin baş verməsi məlum deyil. ABŞ-ın “Google” texnoloji şirkətinin rəsmi nümayəndələri axtarış sistemi istifadəçilərinin üzləşdiyi problemlərə hələ ki münasibət bildirməyiblər.

Ehtimallara görə, problemlər “Google” şirkətinin müəyyən mərkəzi infrastruktur qovşaqlarında elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar ola bilər. Lakin daha ciddi nasazlıqların baş verməsi istisna edilmir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL