waplog

Yeni “Xiaomi” televizorları təqdim olunub


Çinin "Xiaomi" şirkəti Hindistanda keçirilən mətbuat konfransında iki yeni "Xiaomi Mi TV 4X Pro" və "Mi TV 4A Pro" televizorunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, yeni televizorlar ötən il buraxılan 55 və 43 düym diaqonallı "Xiaomi Mi TV 4X" və "Mi TV 4A" modellərinin yenilənmiş versiyalarıdır. Qurğular dördnüvəli mərkəzi prosessora (CPU) malik "Amlogic 960X" birkristallı sistemi, "Mali-450" qrafik prosessoru, "Android TV" platforması və "Xiaomi Patchwall" interfeysi ilə təchiz edilib.

Böyük model 10 bitlik rəng çalarlıqlı "4К" təsvir ölçülü ekranla xarakterizə edilir. O, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi 802.11 b/g/n" və "Bluetooth v4.2" modulları, üç "HDMI" çıxışı, iki "USB", optik çıxış və "Ethernet" ilə təchiz olunub. Televizor, həmçinin 20 vattlıq iki dinamikə və "DTS-HD" dəstəyinə malikdir.

Yeni "Xiaomi Mi TV 4A Pro" modelinin ekranın təsvir ölçüsü 1920 х 1080 piksel, rəng çalarlığı isə 8 bit təşkil edir. Operativ və quraşdırılmış yaddaş tutumu müvafiq olaraq 1 və 8 giqabayta bərabərdir. Bundan əlavə, 3,5 mm-lik çıxış nəzərdə tutulub.

Bundan başqa, televizorlar "Bluetooth" vasitəsilə qoşulan məsafədən idarəetmə pultu, quraşdırılmış "Chromecast" pleyerləri ilə təchiz edilib.
 
43 və 55 düym diaqonallı modellərin qiyməti müvafiq olaraq 325 və 565 dollar təşkil edir.  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL