waplog

“WhatsApp” messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir


“WhatsApp” messencerinin təhlükəsizliyi gücləndirilir. Belə ki, istifadəçi sözügedən messenceri yalnız onun barmaq izi skaner tərəfindən oxunub tanındıqdan sonra aça biləcək. Bu haqda “WABetal Info” məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, yeni funksiyanı sazlamalardan aktivləşdirmək mümkün olacaq  və “Android” əməliyyat sisteminin “Marshmallow” və daha yeni versiyalarının idarəetməsi altında işləyən smartfonlarda dəstəklənəcək. Alternativ autentifikasiya üsulu kimi pin-kod təklif edilir.
 
Nəticədə messencer daha təhlükəsiz olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL