waplog

“Apple Watch” saatı insult diaqnozunu qoya biləcək


"Apple" korporasiyası tibb sahəsində ekspertlərlə birgə öz "ağıllı" saatına insult diaqnozunu qoymağı öyrətmək niyyətindədir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, ABŞ şirkətinə bu məsələdə dərman, sanitar-gigiyenik məhsullar və tibbi avadanlıq istehsalçısı "Johnson & Johnson" kömək edəcək. "Ağıllı" saat insult ehtimalını erkən mərhələdə müəyyənləşdirməyi öyrənəcək. Şirkətin mətbuat xidmətindən bildirilib ki, korporasiya hər gün "Apple Watch" smart saatının istifadəçiləri tərəfindən təşəkkür məktubu alır.
 
Hazırda sözügedən saat nəbzi ölçə və simptomlara görə ürək xəstəliklərinə diaqnoz qoya bilir. Həmçinin "Apple Watch 4" saatı elektrokardioqrafiya prosedurunu keçirmək qabiliyyətinə malikdir, ancaq yalnız ABŞ-da işləyən bu funksiya peşəkar həkimlər tərəfindən tənqidə məruz qalır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL