waplog

Honkonqda 4.6 milyard dollar dəyərində avtomobil tuneli istifadəyə verilib


Honkonqda inşasına 4.6 milyard dollar sərmayə yatırılmış yeni avtomobil tuneli istifadəyə verilib. Bu infrastruktur layihəsi 10 ilə başa gəlib.
 
“ICTnews” Elektron Xəbər Xidməti  “tass.ru” saytına istinadən yazır ki, yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var. Yoldan istifadə pulsuzdur.
 
Tunel dünyada ən böyük unikal ventilyasiya və hava təmizləyici sistemlə təchiz edilib. Yeni sistem işlənmiş qazda mövcud olan zərərli maddələrin 80%-ni kənarlaşdırmağa imkan verəcək və hər saat 5,4 milyon kubmetrədək havanı süzgəcdən keçirmək gücünə malikdir.
 
"Yaşıllar" hərəkatının nümayəndələri sözügedən tunelin istifadəyə verilməsini alqışlayıb və hakimiyyəti yeni tuneldə istifadə edilmiş texnologiyaları Honkonqun digər belə tikintilərində tətbiq etməyə səsləyiblər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL