waplog

Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası davam edir.
Spartakiada çərçivəsində kəndirdartma idman növü üzrə yarış keçirilib.
 
 Sözügedən yarış “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezlikləri İdarəsi, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və “Teleradio” İstehsalat Birliyinin  komandalarının iştirakı ilə baş tutub.
 
Yarışın final mərhələsinə “Bakı Telefon Rabitəsi” MMC və “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC komandaları vəsiqə qazanıb.
 
Final oyununda “Bakı Telefon Rabitəsi” MMC-nin komandası “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin komandasını 2:0 hesabı ilə məğlub edərək  kəndirdartma üzrə yarışın qalibi olub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL