waplog

“Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlər təhlükə altındadır


163 milyon qurğunu təhlil etmiş “Avast” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, “Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlərə quraşdırılan proqramların 50%-dən çoxu istifadəçilərin məlumatı üçün təhlükə törədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, proqramların köhnə versiyaları riskin əsas səbəbi kimi göstərilib. “2019 Avast PC Report” hesabatına əsasən, istifadəçilərin 94%-i “Skype” proqramının yenilənməmiş versiyası, 85%-i isə “Mozilla Firefox” brauzerinin köhnə versiyasından istifadə edir. Həmçinin “Microsoft Office” proqram təminatının yenilənməsinin çıxarılmaması təhlükəsizliyə neqativ təsir edir.
 
Ekspertlər xəbərdarlıq ediblər ki, hakerlər proqramların köhnə versiyaları vasitəsilə kompüterə müdaxilə edə bilər və buna görə istifadəçilərə proqramları tez-tez yeniləməyi tövsiyə ediblər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL