waplog

Niderlandda velosipedçilər qurğulardan istifadəyə görə cərimələnəcək


Niderlandda velosiped sürərkən smartfon və digər qurğulardan istifadəyə görə cəza tətbiq ediləcək. Belə ki, vətəndaşlar sükan arxasında “hands-free” qarniturundan istifadə etmədən danışan zaman cərimə olunacaqlar. Bu barədə Niderland Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, statistikaya görə, təxminən hər ikinci velosipedçi hərəkətdə olan zaman diqqətini qurğulara yönəldir. Bu, ölkədə gənc yaşlı velosipedçilərin iştirakı ilə baş verən hər beşinci qəzaya səbəb olur.  

Beləliklə, bu ilin iyulundan etibarən Niderlandda qurğulardan istifadə edən velosipedçilər tərəfindən 25 avro (avtomobil sahibləri analoji pozuntuya görə 240 avro cərimələnirlər) məbləğində cərimənin ödənilməsini nəzərdə tutan qanun qüvvəyə minəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL