waplog

“Instagram” botların silinməsi üçün alət təqdim edib


"Instagram" populyarlıq üçün kənar proqramlardan istifadə edən boş hesablardan saxta layk, şərh və abunəçilərin silinməsi üçün alət təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, məlumata görə, sözügedən sosial şəbəkə öz hesabına layk və abunəçilərin sayını süni şəkildə artıran proqramlar üçün giriş imkanı yaradan istifadəçilərə xəbərdarlıq göndərəcək. Belə istifadəçilərə göndəriləcək xəbərdarlığın mətni ondan ibarət olacaq ki, kənar proqramın girişi ləğv edilib və istifadəçi parolunu dəyişdirməlidir.
 
Həmçinin qeyd edilir ki, "Instagram" abunəçilərin sayını artırmağı təklif edən xidmətlərin reklamını qadağan edir. Sosial şəbəkənin nümayəndələri istifadəçilərdən "Instagram"da yerləşdirilmiş belə elanlar haqqında məlumat verməyi xahiş edirlər.
 
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL