waplog

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb


“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.
 
Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.
 
Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL