waplog

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə


Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi ölkəmizdə də yüksək səviyyədə qeyd olunur. Din tarixində dərin iz salmış bu bayram Allaha inamın, dərin etiqadın aşılanması üçün bütün müsəlmanlara verilən dəyərli töhfədir.

Dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi nüfuzu, milli-mənəvi dəyərlərə verilən yüksək qiymət Azərbaycan xalqında əsl bayram əhval-ruhiyyəsi yaradır.

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin strateji inkişaf siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişaf gedir, dövlətimiz güclənir, ölkəmizin nüfuzu getdikcə artır.

Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə digər sahələr kimi rabitə və informasiya texnologiyaları sektoru da iqtisadiyyatımızın inkişafına önəmli töhfələr verir.

Ölkə başçısının informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üzrə qəbul etdiyi qərarlar, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet sahə elan olunması bu sahənin uğurlarını daha da artırmışdır.

İndi Azərbaycanda İKT üzrə dünya miqyaslı tədbirlər və beynəlxalq konfranslar keçirilir, eyni zamanda ölkəmiz regional layihələrin aktiv təşəbbüskarı qismində çıxış edir. Bu nailiyyətlərin qazanılmasında sizin əməyiniz danılmazdır. Qoy müsəlman dünyasının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı hər bir rabitəçi ailəsinə xeyir-bərəkət və əmin-amanlıq bəxş etsin.

Bayramınız mübarək!

Əli Abbasov
Rabitə və informasiya texnologiyaları naziri


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL