waplog

“Skype” xidmətində zəng vaxtı arxa fonun bulanıq edilməsi funksiyası əlçatan olub


“Skype” xidmətində istifadəçilərə videozəng zamanı arxa fonu bulanıq etməyə imkan verən yeni funksiya təqdim edilib. Bu haqda “Microsoft” şirkətinin bloqunda məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, yeni funksiya abunəçinin ətrafındakı insanları həmsöhbətdən gizlətmək istədiyi vəziyyətdə faydalı ola bilər.
 
"Skype xidmətində arxa fonun bulanıq edilməsi süni intellekt sayəsində mümkün olub. Süni intellekt insanın çevrəsini seçir və danışıq zamanı onları fokusda saxlayır” – şirkətin mətbuat xidməti məlumat verib. Texnologiya, həmçinin istifadəçinin saçını və əllərini tanıya bilir.
 
Videozəng zamanı arxa fonu bulanıq etmək funksiyasını aktivləşdirmək üçün sazlamalardan “Blur my background” düyməsinə sıxmaq lazımdır. Hazırda yenilik “Skype” proqramının son versiyası quraşdırılmış kompüter və noutbukların əksəriyyətində əlçatandır. Mobil versiya ilə bağlı məlumat verilməyib.
 
Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL