waplog

Spartakiadanın sonuncu yarışı keçirilib


"Sağlamlıq – 2018" Respublika Spartakiadası çərçivəsində son olaraq stolüstü tennis oyunları keçirilib.
Yarışda 8 komanda iştirak edib.

Nəticələrə əsasən, komanda hesabında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin komandası fərqlənərək I yerin qalibi olub. Dövlət Radiotezliklər İdarəsinin komandası ikinciliyə, Məlumat Hesablama Mərkəzinin komandası üçüncülüyə layiq görülüb.

Şəxsi hesabda kişilər arasında I yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əliyev Emin, II yeri Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əkbərov İlqar, III yeri Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Məmmədov Taleh tutub.

Şəxsi hesabda qadınlar arasında isə birinciliyi "Azərpoçt" MMC-nin əməkdaşı Nəcəfova Şəfəq, ikinciliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əlizadə Nəzrin, üçüncülüyü "Aztelekom" MMC-nin əməkdaşı Sadıqova Esmiralda qazanıb.
 



















NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL