waplog

Mobil operatorların beynəlxalq rouminqdən gəlirləri artmağa başlayacaq


Mobil rabitə operatorlarının beynəlxalq rouminq xidmətindən gəlirlərində 2017-ci ildə Avropada “Roam Like At Home” (RLAH) qaydasının tətbiqi nəticəsində kəskin azalmadan sonra cüzi artım bərpa olunacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bu yenilik Avropa operatorlarını tariflərə abunəçilərə Avropa İttifaqı hüdudlarında beynəlxalq rouminqdən əlavə ödənişsiz istifadə etməyə imkan verən xidmətlər paketini əlavə etməyə məcbur edib. “RLAH” qaydasının tətbiqi səbəbindən Avropa operatorları rouminq gəlirlərinin 46 faizini itirsələr də, bunu yaxın illərdə kompensasiya edə biləcəklər.   

“Juniper Research” analitik şirkətinin proqnozlarına görə, yaxın dörd ildə operatorların beynəlxalq rouminqdən gəlirlərində cüzi artım olacaq və 51 milyard dollara bərabər olmaqla mobil rabitə operatorlarının ümumi mədaxilinin 6 faizini təşkil edəcək. Ekspertlərin fikrincə, bazarda əsas artımı “limitsiz” rouminq tarifləri və rouminqdə mobil internet təmin edəcək.

Avropada və digər regionlarda “RLAH” qaydasının tətbiqi sayəsində rouminqin trafik həcmində artım müşahidə edilir. Məsələn, 2017-ci ildə dünya səviyyəsində 200, Qərbi Avropada isə 260 faizlik artım qeydə alınıb.  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL