waplog

“Apple” növbəti təqdimat tarixini açıqlayıb


ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Apple” martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.
 
Sözügedən tədbir yerli vaxtla saat 10:00-da başlayacaq. Şirkət bir sıra yeni xidmətlərini, həmçinin öz istehsalı olan film və serialları nümayiş etdirəcək.
 
ABŞ şirkətinin yeni qurğular nümayiş etdirəcəyi də istisna edilmir. Bu, “AirPods 2”, “iPad” və ya “AirPower” qurğuları ola bilər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL