waplog

“Viber” messencerində qrup zəngləri əlçatan olub


“Viber” messencerinin “Android” və “iOS” sistemlərinin idarəetməsi altında işləyən smartfonlar üçün proqramlarında qrup səsli zəngləri əlçatan olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sözügedən funksiya hər bir kəsə qruplarda danışıq rejimində eyni zamanda 5-dək insanla ünsiyyət saxlamağa imkan verir. 2 üsulla belə zəng etmək mümkündür: 3-cü və digər həmsöhbətləri artıq mövcud olan danışığa əlavə etmək, yaxud birbaşa qrup çatından yaratmaq.
 
"Emosiyaları dostlarla paylaşmaq və ya təcili planları müzakirə etmək lazım gəldikdə sözügedən funksiya vaxta qənaət etməyə imkan verir" – “Viber”in mətbuat xidməti bildirib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL