waplog

Azərbaycan nümayəndə heyəti Belarus innovasiya


Azərbaycan Milli Elmlər Akademiyasının və Milli Aviasiya Akademiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti noyabrın 15-dən 18-dək Minskdə keçiriləcək “İntellekt. Təşəbbüs. İnnovasiyalar” mövzusunda Belarus innovasiya həftəsində iştirak edəcək.

Azərbaycanın Belarusdakı səfirliyindən verilən məlumata görə, həftə çərçivəsində innovasiya araşdırmaları və investisiya layihələri sərgisi təşkil olunacaq, “2011-2015-ci illər üçün Belarus Respublikasının innovasiya inkişafı strategiyası” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkr.

Həftənin proqramına bir sıra ölkələrə həsr olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Belarus-Azərbaycan”, ”Belarus-Hindistan”, “Belarus-Çin”, “Belarus-Qazaxıstan”, “Belarus-Rusiya” və s. forumların keçirilməsi daxildir.

Belarus innovasiya həftəsini bu ölkənin Baş naziri Mixail Myasnikoviçin və “Skolkovo” Fondu Elmi Məsləhət Şurasının həmsədri, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorovun açması nəzərdə tutulub.

Həftənin tədbirləri zamanı iştirakçı ölkələrin aparıcı elmi müəssisələri arasında təcrübə mübadiləsi həyata keçiriləcək, innovasiya sahəsində əməkdaşlıq layihələri müzakirə olunacaq.

http://www.azertag.com/

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL