waplog

“Google Inbox” poçt xidməti aprelin 2-də bağlanacaq


"Google" şirkətinin "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırması xəbəri hələ ötən ilin payızında məlum idi. O vaxt məlumat verilmişdi ki, sözügedən xidmətin işi 2019-cu ilin martında dayandırılacaq, ancaq "Google" bu müddəti bir qədər uzadıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ixbt.com" saytına istinadən yazır ki, yeni məlumata əsasən, "Inbox" xidmətinin fəaliyyəti aprelin 2-də dayandırılacaq. "Google+" sosial şəbəkəsindən fərqli olaraq, "Inbox"un bağlanması xəbəri çoxlu sayda istifadəçini məyus edib.
 
Bildirək ki, "Google" ötən ildən başlayaraq "Inbox" xidmətinin uğurlu  funksiyalarının bir hissəsini "Gmail" poçt xidmətinə daşıyıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL