waplog

Bu rayonda dünyada ilk dəfə 5G texnologiyasına çıxış əlçatan olub


Şanxayın Xunkou rayonunda beşinci nəsil sürətli rabitə texnologiyasına çıxış əlçatan olub. Bu, dünyada ilk belə hadisədir. Şanxayın vitse-meri Vu Tsin rəsmi açılış mərasimi zamanı “Mate X” qatlanan telefonundan videozəng etmək üçün 5G texnologiyasından istifadə edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Huawei” və “China Mobile” şirkətləri yerli 5G şəbəkəsinin istifadəyə verilməsinə aparıcı rol oynayıblar. Son 3 ay ərzində Xunkou rayonu ərazisində əhatə dairəsinin tam təmin edilməsi üçün 5G baza stansiyaları istifadəyə verilib. İlin sonunadək Şanxayda daha 10 min belə stansiya quraşdırılacaq və 2021-ci ilədək onların sayı 30 mini ötəcək.
 
Şanxay təsadüfən seçilməyib: bu, ölkənin güclü infrastruktura və iqtisadiyyata malik ən inkişaf etmiş şəhərlərindən biridir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL