waplog

Yeni həll smartfonların istismar müddətini artıracaq


Kurçatov İnstitutu” elmi-tədqiqat mərkəzinin alimləri elektron qurğuların, o cümlədən müasir smartfonların istilikkeçirmə xassəsinin ölçülməsi üçün yeni metod ixtira ediblər. Elmi işin nəticələri yüksək istiliyə davamlı möhkəm materiallar hazırlamağa imkan verəcək ki, bu da elektron qurğuların istismar müddətini artıracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, mərkəzin alimləri elektronikada həddən çox istiliyin ləğv edilməsi üçün istifadə edilən nazik plyonkaların istilikkeçirmə xassəsinin ölçülməsi sistemini təkmilləşdiriblər. Yeni həll mütəxəssislərə daha böyük istilikkeçirmə xassəsinə malik nazik plyonkalar yaratmağa və texnikanın, məsələn, smartfonların istismar müddətini artırmağa kömək edəcək" –  Kurçatov İnstitutunun mətbuat xidmətindən bildirilib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL