waplog

Yeni “Wi-Fi” protokolunda boşluqlar aşkar edilib


2017-ci ildə Meti Vanhof və Eyal Ronen müasir “Wi-Fi” şəbəkələrində istifadə olunan “WPA2” protokolunda bir sıra kritik boşluqlar aşkar etmişdilər. Boşluqlar “KRACK” (Key Reinstallation Attacks) kimi adlandırılmışdı.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, indi həmin mütəxəssislər ən yeni “WPA3” protokolunda təhlükəli boşluqlar aşkar ediblər. “Dragonblood” adlı boşluqlar rabitə qurulması mexanizmindən istifadə edir. “WPA3” protokolunda mexanizm “Dragonfly” adlanır və indiki ana kimi ən etibarlı və təhlükəsiz hesab edilirdi.

 

“Wi-Fi Alliance” qeyri-kommersiya təşkilatı artıq “Dragonblood” haqqında məlumatlıdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL