waplog

Ən aktiv kibertəhdidlər məlum olub


İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point Software Technologies” ən aktiv kibertəhdidlərə dair yenilənmiş araşdırma dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aşağıdakı zərərverici proqramlar martda daha çox yayılıb: “Cryptoloot”, “XMRig” və “JSEcoin”. Bu zərərli proqramlar gizli kriptovalyuta mayninqi üçün istifadə edilir. Dünyadakı şirkətlərin 6%-i “Cryptoloot” və “XMRig”, 5%-i isə “XMRig”in hücumuna məruz qalıb.

 

“Coinhive” və “Authedmine” mayninq xidmətləri 2019-cu il martın 8-də fəaliyyətlərini dayandırıblar. Lakin kriptomaynerin martda yalnız 8 gün işləməsinə baxmayaraq o, ən aktiv təhdidlər arasında 6-cı yeri tutub. “Coinhive” xidməti öz aktiv fəaliyyəti zamanı dünyadakı təşkilatların 23%-nə zərər vurub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL