waplog

“Windows 10” sistemində yeni boşluq aşkar edilib


"Kasperski laboratoriyası" "Windows 10" sistemində hakerlərə kompüter üzərində nəzarəti ələ keçirməyə imkan verən növbəti boşluq aşkar edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, şirkət artıq sözügedən boşluq haqqında "Microsoft" korporasiyasına xəbərdarlıq edib. Hakerlər müdaxilə üçün bekdordan (masaüstü kompüteri uzaq məsafədən idarə etmək üçün virus tipi) istifadə edirlər. Öncə qurğuda .exe formatlı fayl istifadəyə verilir və bundan sonra zərərli proqram təminatı quraşdırılır.

 

Bu virus "Windows PowerShell"in leqal komponenti üzrə işlənib hazırlanıb. Bu, hakerlərə standart müdafiə mexanizmlərini keçməyə imkan verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL