waplog

Sosial şəbəkələrə yetkinlik yaşına çatmayan istifadəçilər üçün “layk” etmək imkanını ləğv etmək tövsiyə edilib


Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə İdarəsi (ICO) sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün "layk" etmək imkanını ləğv etməyi təklif edib. Bu, uşaqlar üçün zərərli informasiyanın yayılmasının qarşısını alacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “ICO” nümayəndələri izah ediblər, "layk"lar elan verənlərə istifadəçilərin seçimi haqqında informasiyanı toplamağa kömək edir. Nəticədə elan verənlər hədəflənmiş reklamdan istifadə edirlər.

 

ICO sosial şəbəkələrin uşaqlar tərəfindən istifadəsi ilə bağlı tövsiyələrə “layk”lar üçün "yaş senzi" haqqında bənd daxil edib. Bundan başqa, tövsiyələrə yetkinlik yaşına çatmayanlar üçün başlanğıc ayar kimi olduğu yerin izlənilməsinin deaktiv edilməsi əlavə edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL