waplog

“Samsung” şirkətinin yeni texnoloji prosesi prosessorların ölçüsünü 25% azaldacaq


Cənubi Koreya şirkəti 5 nanometrlik (nm) “FinFET” texnoloji prosesi üzərində işlərini başa çatdırıb. Tezliklə ekstremal ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyası üzrə hazırlanmış prosessorlar bazara çıxarılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, 7 nm-lik texnologiya ilə müqayisədə EUV texnologiyasından istifadə edən yeni proses standart elementin arxitekturasının təkmilləşdirilməsi nəticəsində enerji istehlakının 20% azaldılması vəziyyətində məntiqi zonanın səmərəliliyinin 25%-dək artımını təmin edir.
 
5 nm-lik prosesin başqa bir üstünlüyü odur ki, yeni texnologiya 7 nm-lik proses üçün yaradılmış bütün sxemlərdən istifadəyə imkan verir. Buna görə 7 nm-dən yeni prosesə keçid mürəkkəb və bahalı olmayacaq.
 
Şirkət gələn il yeni texnoloji prosesdən kommersiya yönümündə istifadəyə başlamağı planlaşdırır. Bu il isə 6 nm-lik texnologiya üzrə mikroçiplərin kütləvi istehsalına başlamağa söz verir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL