waplog

Azərbaycanda zəlzələlərin proqnozlaşdırılması üzrə daha bir stansiyasının tikintisi başa çatır


Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu Siyəzən rayonunda zəlzələ barədə əvvəlcədən xəbər verən monitorinq sistemi stansiyasının tikintisini başa çatdırır. Bu barədə İnstitutun direktoru Telman Əliyev deyib. Əliyevin sözlərinə görə, hazırda stansiyanın tikintisi üzrə işlər başa çatıb və İnstitutun mütəxəssisləri tərəfindən avadanlığın qaydaya salınması üzrə işlər aparılır. Bu işlər ayın sonunda yekunlaşacaq. Paralel olaraq Naftalan şəhərində monitorinq sistemi stansiyasının tikintisi üzrə işlər aparılır. "Təəssüf ki, əlverişsiz hava şəraiti ilə bağlı Naftalandakı işlər bir az gecikir. Buna baxmayaraq, biz bu iki əlavə stansiyanı ilin sonuna qədər işə salmağı planlaşdırırıq. Hazırda tərəfimizdən Qum adası və Şirvan şəhərində yerləşən iki stansiya işə salınıb", - Əliyev deyib.
Seysmik hadisələrin təhlili üçün ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) istismara dayandırılmış neft quyuları istifadə edilir. Monitorinq sistemi küylərin təhlilinə əsaslanır ki, bu da 300-400 kilometr radiusda baş verən zəlzələlər barədə 5-20 saat əvvəlcədən xəbərdarlıq etməyə imkan verir. İnformasiyanın daxil olduğu baş şəbəkə Kibernetika İnstittunda, digər iki şəbəkə isə Fövqəladə Hallar Nazirliyində və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yerləşir.
İnstitut rəhbərinin sözlərinə görə, İnstitutun stansiyaları tərəfindən anomal küylər Türkiyənin Van vilayətində baş verən zəlzələdən 12 saat əvvəl qeydə alınıb. "Təəssüf ki, biz hələ zəlzələnin dəqiq koordinatları haqqında informasiya əldə edə bilmirik. Vanda zəlzələnin radiusu 400-500 kilometr təşkil edə bilərdi. Əlavə iki stansiyanın quraşdırılması gələcəkdə zəlzələnin mənbəyini və koordinatlarını əvvəlcədən yüz faiz aşkar etməyə imkan verəcək. Zəlzələnin gücünün əvvəlcədən müəyyənləşdirilməsinə gəlincə isə bu, nəzəri cəhətdən mümkündür, lakin hər şey bütün dörd stansiya işə salındıqdan sonra başlanacaq tədqiqatların yekun nəticələrindən asılı olacaq", - Əliyev deyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL