waplog

“Xiaomi” şirkəti yeni “Mi TV” televizorlarını nümayiş etdirib


"Xiaomi" şirkəti 32, 43, 55 və 65 düym diaqonallı dörd yeni "Mi TV" televizor modeli təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "42TUT" resursuna istinadən yazır ki, məlumata görə, modellər minimal dizayn, nazik çərçivəli ekran, eləcə də "Bluetooth" və səsli idarəetməni dəstəkləyən pultla təchiz edilib. Həmçinin televizorlar dördnüvəli x64 arxitekturalı prosessor, "Dolby Audio DTS HD" funksiyaları və üç yaddaş modifikasiyası (1/4, 1/8 və 2/8 giqabayt) ilə təmin olunub.

 

32 düym diaqonallı model HD təsvir ölçüsünə malikdir, 43 düymlü modifikasiya isə Full HD paneli ilə seçilir. Bundan başqa, 55 və 65 düym ekranlı televizorlar 4K formatını və ikidiapazonlu "Wi-Fi" (2,4 və 5 QHS) şəbəkəsini dəstəkləyir. Qurğular "Android TV" platformasına əsaslanan "PatchWall" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Çində televizorların qiyməti ekran ölçüsündən asılı olaraq 164, 298, 447 və 569 dollar təşkil edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL