waplog

“Nokia 8110 4G” telefonunda artıq “WhatsApp” messenceri əlçatandır


Sonuncu yeniləmədən sonra “Nokia” şirkətinin yeni düyməli telefonunda ən populyar messencer əlçatan olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, 2018-ci ildə “Nokia” şirkəti əfsanəvi 8110 telefonunu yenidən çıxarıb. 1 il sonra sözügedən telefonun sistemi üçün 15.00.17.03 yeniləməsi təqdim edilib və “WhatsApp” messenceri əlçatan olub.
 
Sözügedən messencer Hindistanda “Nokia 8110” telefonu üçün əlçatan idi. İndi yeniləmədən sonra messencer digər ölkələr üçün də əlçatandır. İstifadəçilər klavişlərin köməyi ilə messencerdə yazışa bilərlər, amma bəzi funksiyalar məhdudlaşdırılıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL