waplog

Yumor hissinə malik süni intellekt hazırlanır


Çin alimləri yumor hissinə malik süni intellekt hazırlayırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, qeyri-adi tədqiqatla Stenford Universiteti bazasında iş aparan Hi Hi adlı proqramçı məşğul olur.

 

Məlumata görə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün alim özündə çoxsaylı yumor nəzəriyyəsini birləşdirən mürəkkəb alqoritmdən istifadə etmək niyyətindədir.

 

Əsas vəzifə robota improvizasiya və sarkazmı öyrətməkdən ibarətdir.

 

Hi Hi başda olmaqla Çin proqramçıları elmi işə gülüş məqsədilə kompüterə bir neçə omonim yüklədikdən sonra başlamaq qərarına gəliblər. Kompüterə gülməli təklifləri ümumiləşdirərək onların mənalarını dəyişmək təklif olunub. Neyroşəbəkə hər dəfə cümləyə iki yeni söz əlavə edib.

 

Əvvəlcə uğursuz hesab edilən təcrübə sonradan alimlərin ciddi tədqiqata başlamasına zəmin yaradıb.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL