waplog

Dünyada ən güclü superkompyuterin yaradılması sifariş olunub


“Cray” superkompyuter şirkəti dünyada ən güclü superkompyuterlərdən birinin yaradılması üçün İllinoys ştatının universiteti ilə 188 milyon dollar dəyərində müqavilə bağlayıb.

“The Wall Street Journal” nəşri qeyd edib ki, superkompyuterin yaradılması üçün tenderdə, həmçinin “İBM” korporasiyası da iştirak edib, lakin üstünlük “Cray” şirkətinə verilib.

Superkompyuterin “Blue Waters” layihəsi çərçivəsində yaradıldığı bildirilib. Superkompyuterin “AMD” şirkətinin yeni “Opteron 6200” mikroprosessorları və “Nvidia Tesla”-nın qrafik çoxaxınlı həlləri əsasında işləyəcəyi məlumdur.

Yeni superkompyuterdə 49000 “AMD” prosessoru və 3000 “Nvidia” prosessoru istifadə ediləcək. “The Wall Street Journal” bildirib ki, “İBM” şirkəti bu layihə üçün “Power 7” prosessorlarından istifadə etməyi təklif edirdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL