waplog

Cənubi Koreya startapı “ağıllı” termometr hazırlayıb


Cənubi Koreyanın Busan şəhərində fəaliyyət göstərən "IsProbe" startapı dəriyə toxunmadan bədən temperaturunu ölçməyə imkan verən "ağıllı" termometr hazırlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, "BoomCare" dəriyə toxunmadan bədən temperaturunu infraqırmızı ötürücü vasitəsilə dəqiqliklə ölçən və smartfonla işləyən "ağıllı" termometrdir.

 

Bildirilir ki, "IsProbe" şirkəti bu yaxınlarda ümumi dəyəri 540 min dollar təşkil edən termometrin Tayvana tədarükü haqqında üçillik saziş imzalayıb. Termometrlərin ilk partiyasının iyunda Tayvana göndəriləcəyi gözlənilir.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, bu, ilk xarici saziş olsa da, biz onun digər xarici bazarlara daxil olmaq üçün atılmış kiçik addım olduğunu hesab edirik.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL