waplog

“Android Q” sisteminin beta versiyası istifadəyə verilib


“Google” şirkəti “Android Q” əməliyyat sisteminin sonuncu sınaq mərhələsini istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, əməliyyat sisteminin mobil qurğular üçün yeni versiyası mayın 8-də “Google I/O” konfransında təqdim edilib. Sistemin beta versiyasını “Google Pixel” smartfonlarına, eləcə də “Asus”, “Nokia”, “Huawei”, “LG”, “OnePlus”, “Oppo”, “Realme”, “Sony”, “Vivo” və “Xiaomi” şirkətlərinin smartfonlarına quraşdırmaq mümkündür.

 

Məlumata görə, “Android” əməliyyat sisteminin yeni versiyasında təhlükəsizlik və məxfilik funksiyaları yaxşılaşdırılıb, jestli naviqasiya sistemi, eləcə də qurğunun təkrar enerji toplamadan işləmə müddətini artıracaq “tünd mövzu” əlavə olunub.

 

Əməliyyat sisteminin hazır versiyasının bu ilin payızında təqdim olunacağı gözlənilir.

 

Qeyd edək ki, mayın 8-də “Google I/O” konfransında aparıcı “Android” direktoru Stefani Katbertson dünyada aktiv “Android” qurğularının sayının 2,5 milyarda çatmasını açıqlayıb.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL