waplog

Latın Amerikasında dünyada ilk dəfə “3D” çap metodu ilə evlər tikiləcək


Latın Amerikasında dünyada “3D” çap texnologiyası üzrə ilk qəsəbənin inşasına dair layihə hazırlanır. Sözügedən layihə aztəminatlı ailələrin evlə təmin edilməsi proqramı çərçivəsində yaradılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “New Story” qeyri-kommersiya təşkilatı, “Yves Béhar Fuseproject” dizayner firması və “Icon” tikinti şirkəti layihənin müəllifləridir. Ötən il Texasda keçirilmiş “SXSW” festivalında komanda sahəsi 32 kv/metr olan çap edilmiş evin konseptual modelini təqdim edib. Ev “Vulcan 3D” printerinin köməyi ilə 48 saat ərzində hazırlanıb və qiyməti 10000 dollar təşkil edib.

 

Sözügedən printerin yenilənmiş variantı olan “Vulcan II”-nin məhsuldarlığı iki dəfə yüksək olacaq. Printer yığcamdır, praktik olaraq tullantı istehsal etmir və elektrik enerjisi, su və lazımi infrastruktur çatışmazlığı olduqda işləmək qabiliyyətini saxlayır ki, bu da ucqar kənd regionlarında evlərin inşası üçün vacibdir.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL