waplog

“Huawei” və “Samsung” şirkətləri arasında patent mübahisəsi həll edilib


Çinin “Huawei” smartfon istehsalçısı və Cənubi Koreyanın “Samsung” şirkəti arasında patent hüququnun pozulması ilə bağlı uzun müddət davam edən mübahisə həll olunub. Bu barədə “Beijing Business Today” nəşri məhkəmə sənədinə istinadən məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, Quandun əyaləti Ali Xalq Məhkəməsinin məlumatına görə, iki texnoloji nəhəng tərəflərə məxsus patentdən birgə istifadə üçün əsas olacaq razılığa gəlib.

 

Bundan başqa, şirkətlər tərəfindən patent hüququnun pozulması ilə bağlı qaldırılmış digər iddialar həllini tapacaq.

 

Şirkətlər müvafiq ittihamların ləğv edilməsi üçün işə başlamağı planlaşdırırlar. Razılaşma barədə ətraflı məlumat verilmir.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL