waplog

Analitiklər “Əşyalar interneti” bazarında “5G” texnologiyasının tədricən tətbiqini proqnozlaşdırırlar


2019-cu ildə tərtibatçılara yeni "5G" standartını dəstəkləyən "IoT"-modullar əlçatan olacaq ki, bu da beşinci nəsil şəbəkələrində işləyə bilən ilk "Əşyalar interneti (IoT)" qurğularını yaratmağa imkan verəcək. "Berg Insight" analitiklərinin proqnozuna görə, "IoT" sahəsində "5G"-texnologiyanın yayılması 2020-ci ilin ikinci yarısından gözlənilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, əvvəlki mobil rabitə standartları kimi, "5G" ilk vaxtlar çox ləng tətbiq olunacaq. Ekspertlərin proqnozuna görə, 2023-cü ilədək mobil şəbəkələrə qoşulmuş "IoT"-qurğuların ümumi sayının 3%-dən az bir hissəsi "5G"-nin payına düşəcək.

 

Bundan əvvəl tədqiqatçıların hesablamasına görə, 2018-ci ildə dünyada mobil "IoT"-qoşulmaların sayı 70% yüksələrək 1,2 milyarda yaxınlaşıb. Gözləntilərə görə, 2023-cü ilədək bu göstərici 9 milyarda yaxınlaşacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL