waplog

İƏİT-ə üzv ölkələr süni intellektdən istifadə prinsiplərini təsdiqləyiblər


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 36 ölkə süni intellekt texnologiyalarından istifadə üzrə vahid prinsipləri dəstəkləyib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, təşkilatın baş katibi Angel Qurrianın sözlərinə görə, təsdiq edilmiş prinsiplər süni intellekt texnologiyalarından istifadə edən sistemlərin ədalətli və şəffaf olmasını tələb edir. Məsələn, bu texnologiyalardan istifadə edən şirkətlər sistemlərin fəaliyyəti barədə məlumat təqdim etməlidirlər.

 

"Süni intellekt texnologiyaları nikbinlik yaratsa da, onlar bir sıra etik problemlərlə əlaqədardır. Belə ki, süni intellekt sistemlərinin etibarlığı, o cümlədən cins və irqlə əlaqədar mövcud mənfi rəyin güclənməsi təhlükəsi və ya insan hüquqlarının pozulması və şəxsi həyatın toxunulmazlığı ilə bağlı məsələlər sual doğurur", – A.Qurria vurğulayıb.

 

Təsdiq edilən prinsiplər mütləq qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. Bundan başqa, prinsiplərin "Böyük İyirmilik" ölkələrinin (G20) bu ilin sonunadək Yaponiyada keçiriləcək sammitində müzakirə ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL