waplog

Məlumatların ötürülməsi üzrə rekord sürətə malik “PCIe 5.0” spesifikasiyası qəbul edilib


“PCI-SIG” təşkilatı “PCI-Express 5.0” spesifikasiyasının yekun versiyasını qəbul edib. Yeni standartda əvvəlki versiya ilə müqayisədə buraxılış qabiliyyəti iki dəfə artırılıb, bu halda əvvəlki nəsil qurğular dəstəklənir, həmçinin az enerji istehlak edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “PCI-Express 5.0” standartı “x16” konfiqurasiyasında 128 QB/s-dək buraxılış qabiliyyəti təmin edir. Yeni arxitekturada siqnalın bütövlüyü yaxşılaşdırılıb və konnektorların mexaniki möhkəmliyi artırılıb.

 

“Intel” korporasiyasının nümayəndəsi artıq bildirib ki, “Agilex FPGA” çipləri “PCIe 5.0” standartını dəstəkləyəcək. Şirkət müvafiq məhsulunu 2021-ci ildə təqdim etməyi planlaşdırır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL