waplog

Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir


"İnnovasiya Festivalı" çərçivəsində ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu işə başlayıb.

3 gün davam edəcək forum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilir.

BMT-nin hesablamalarına əsasən, bu gün 18-25 yaşlı gənclər internetsiz dünyanı tanımayan ilk nəsildir. Lakin buna baxmayaraq dünya əhalisinin, demək olar ki, yarısının internetə çıxışı yoxdur. Dünyanın müxtəlif ölkələrindən olan gənclər "Biz birlikdə bunu dəyişə bilərik!", "Bizim dəyişmək istədiyimiz budur!" şüarı ilə Azərbaycanda bir araya toplanıb. 

Tədbirə Niderland, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Moldova, Serbiya və Azərbaycanın müxtəlif regionlarından  gənclər qatılıb. İlk  iki gün gənclərin internet və inkişaf məqsədi ilə onun daha geniş tətbiqi istiqamətlərində  nəzəri və praktik biliklərinin möhkəmlənməsinə həsr olunub.

İnternet idarəçiliyinin gələcəyi haqqında maraqlı debatlar, rəqəmli sahə üzrə inkişaf tendensiyaları haqqında şərhlər, gənclərin bu prosesdə qəbul edəcəkləri qərarlar və siyasi arqumentlərlə zəngin olacaq yekun tədbir isə iyunun 3-də keçiriləcək.
 
 
 










 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL