waplog

Çində robot pişik təqdim edilib


Robot pişik sahibinin səsinə və toxunuşlarına reaksiya vermək qabiliyyətinə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Ekasbo” şirkəti “Matebot” adlı robot pişiyini təqdim edib. Robot pişik sahibi ona toxunduqda və onunla danışdıqda üz mimikasını və bədəninin vəziyyətini dəyişdirə bilir.

 

Robot pişiyin yaradıcılarının sözlərinə görə, qurğu bu və ya başqa səbəblərə görə pişik saxlaya bilməyən insanlar üçün nəzərdə tutulub. “Matebot” insan üçün yoldaş olacaq, sahibi isə onu öyrədə biləcək: robot əmrləri, səsi və səsin intonasiyasını yadda saxlamaq imkanına malikdir.

 

Bundan başqa, robot pişik cavab vermək qabiliyyətinə malikdir, “ağıllı” kolonka texnologiyası üzrə işləyir, bu pişiyi smartfona qurulmuş proqramın köməyi ilə idarə etmək və tənzimləmək olar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL