waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Oğuz və Qəbələ rayonlarında vətəndaşlarla görüşəcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Oğuz və Qəbələ rayonlarında vətəndaşlarla görüşəcək.
 
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin 1-ci müavini Əli Abdullayevin 2019-cu il iyunun 21-nə nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 25.06.2019-cu il tarixində saat 12:00-da Oğuzda Oğuz və Şəki rayonlarının sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə 25.06.2019-cu il tarixində saat 12:00-da Qəbələdə rayon sakinlərini qəbul edəcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
 
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
 
Bunun üçün:
 
Oğuz rayonunda 024 2152899
 
Şəki rayonunda 024 2442500
 
Qəbələ rayonunda 024 2052599

 
nömrəli telefona zəng etmələri xahiş olunur.



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL