waplog

“YouTube” uşaq məzmununu ayrı bir platformaya daşımağı planlaşdırır


“YouTube” rəhbərliyi azyaşlı istifadəçiləri pis məzmunlu videoçarxlardan qorumaq üçün uşaq məzmununu ayıraraq onu ayrı bir platformaya daşımağı planlaşdırır. Bu haqda “The Wall Street Journal” qəzeti yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, təklif edilən yeni platforma “YouTube Kids” mobil proqramı tərəfindən idarə olunacaq. Ancaq bu, şirkət üçün kifayət qədər əlverişsiz qərardır, çünki uşaqlar sözügedən videohostinqin ən aktiv istifadəçiləri hesab olunur və baxılan reklam çarxlarından böyük gəlir qazandırırlar.

 

Həmçinin rəhbərlik uşaq auditoriyası üçün yeni videonun avtomatik göstərilməsi xidmətini deaktiv etmək istəyir. Şirkət bu xidmətə görə tez-tez tənqid edilir, çünki zərərsiz məzmuna baxışdan sonra təhlükəli çarxlar təklif edilə bilər.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL