waplog

Qlobal superkompüter reytinqi dərc edilib


“TOP500” layihəsi dünyanın ən güclü superkompüterlər reytinqinin 53-cü versiyasını dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, bu reytinq 1993-cü ildən etibarən ildə iki dəfə ABŞ və Almaniyadan olan bir neçə alim tərəfindən tərtib edilir. ABŞ-ın superkompüterləri – “Summit” (148,6 petaflops) və “Sierra” (94.6 petaflops) yeni reytinqdə ilk iki yeri tutublar. Çinin “Sunway TaihuLight” və “Tianhe-2A” superkompüterləri 3-cü və 4-cü, ABŞ-ın “Frontera” (23,5 petaflops) superkompüteri isə 5-ci yeri tutub.

 

Çin (219 ədəd) reytinqdə superkompüterlərin sayına görə liderdir. Sonrakı yerlərdə ABŞ (116), Yaponiya (29), Fransa (19), Böyük Britaniya (18) və Almaniya (14) qərarlaşıb.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL