waplog

Avropa ölkələri hərbi internet yaradır


Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər. Bu haqda “ZDNet” nəşri yazır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, müvafiq razılaşma Brüsseldə NATO ölkələri nazirlərinin iclasında Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında imzalanıb.
 
“Tactical Edge Networking” (TEN) adlandırılacaq yeni şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.
 
TEN mənzil-qərargahı Almaniyanın Koblents şəhərində yerləşdiriləcək, texnoloji dizayn ilə isə niderlandlı mütəxəssislər məşğul olacaqlar. Şəbəkənin inkişaf etdirilməsinin dəyəri bir neçə milyon avro məbləğində qiymətləndirilir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL