waplog

“Microsoft”un proqramı smartfona gəlmiş bildirişləri kompüterə göndərəcək


“Microsoft” korporasiyası tərəfindən “Windows 10” üçün hazırlanan "Sizin telefon" proqramı yeni funksiyalarla təchiz edilməyə davam edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sözügedən proqramın hazırlanmasına nəzarət edən “Microsoft”un meneceri Vişnu Nat “Twitter”də növbəti funksiya haqqında məlumat paylaşıb: "Sizin telefon" proqramı indi “Android” sisteminin idarəetməsi altında işləyən smartfona gəlmiş bildirişi kompüterdə göstərir. Həmçinin proqram fərdi kompüterdə göstəriləcək bildirişləri seçməyə imkan verəcək.
 
"Sizin telefon" proqramından istifadə etmək üçün proqram təminatını kompüter və smartfona quraşdırmaq lazımdır, bu halda “Android 7.0” və daha yuxarı versiya ilə işləyən aparatlar dəstəklənir. Proqramın işləməsi üçün “Windows 10 1803” və ya daha yeni versiya, həmçinin sözügedən proqramın son versiyası lazımdır.
 
Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL